Orucov Portuqaliyadakı Avropa çempionatında iştirak edə bilməyəcək

orucov-portuqaliyadaki-avropa-cempionatinda-istirak-ede-bilmeyecek
Oxunma sayı: 2203

Azərbaycan cüdoçusu Rüstəm Orucov 16 - 18 aprel tarixlərində Portuqaliyada keçiriləcək Avropa çempionatında iştirak edə bilməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram hesabında bildirib.

“Təqribən 20 gün öncə COVID-19 testim müsbət çıxdı. Bu səbəbdən Portuqaliyada keçiriləcək qarşıdakı Avropa çempionatında iştirak etməyəcəyəm”, - deyə idmançı paylaşımında yazıb.

30 yaşlı Orucov onu da əlavə edib ki, artıq koronavirusdan sağalıb və medal qazanmaq istədiyi dünya çempionatına hazırlaşır:

“Hər şey yaxşı olacaq. Növbəti yarışlarda sizinlə görüşməyi səbirsizliklə gözləyirəm".