Orucu nələr pozmur?

orucu-neler-pozmur
Oxunma sayı: 6051


Diş fırçalamaq, iynə vurdurmaq, dənizdə çimmək və s... Orucu pozub-pozmadığı mübahisə doğuran bu məqamlara ilahiyyatçılar aydınlıq gətirdi. Ən əsas məsələlərdən biri dişin fırçalanmasıdır.

Ona görə də ilahiyyatçılar tərəddüdləri birdəfəlik aradan qaldırmaq üçün dişləri imsaq vaxtı girmədən və ya iftardan sonra fırçalamağı tövsiyyə edirlər. Bundan başqa, oruclu halda qidalandırıcı iynələr yox, keyləşdirici iynələr də orucu pozmur.

Asma-bronxit xəstələri oruc tutarsa, onların müalicə məqsədi ilə istifadə etdiyi spreylər orucu pozmaz. İlahiyyatçılar oruclu ikən çimməyin də orucu zədələmədiyini deyirlər. Bununla yanaşı, açıq yaraya dərman sürtmək, ətir vurmaq, saqqal və saç kəsdirmək, saç rənglətmək də orucu pozmayan davranışlar sırasına daxildir.

Xəzər Xəbər