Gədəbəy rayonunda örüşdə çoban meyiti aşkar edilib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Zəhmət kəndində baş verib. Kənd sakini, 1971-ci il təvəllüdlü Ziyad Rzayevin mal-qaranı otardığı ərazidə meyiti tapılıb. Bu barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. İlkin müayinə zamanı meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır, ekspertizalar təyin edilib.
Nizam Rza
Son xəbərlər
Son Xəbərlər