Orxan Əliyev “Zirə”də

orxan-eliyev-zirede
Oxunma sayı: 1510

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. “Qafqazinfo” xəbər verir ki, Avropa Liqasındakı təmsilçimiz yarımmüdafiəçi Orxan Əliyevlə anlaşıb. 22 yaşlı hücumameylli futbolçu ilə 1 illik müqaviləyə imza atılıb.

Orxan “Sumqayıt”, “Xəzər Lənkəran” və “Kəpəz” klublarının formasını geyinib.

Xatırladaq ki, Əliyev U-23-ün heyətində Bakıda keçirilən İslamdiadada qalib olub.