Türkiyənin məşhur müğənnisi Orxan Gencebay deputat Qənirə Paşayeva ilə görüntülənib. “Qafqazinfo” xəbər verir ki, sənətçi ötən gün İstanbulda siyasətçi ilə nahar edib. Görüşdə ifaçının xanımı Sevim Emre də iştirak edib.
Hər üç tanınmış şəxs restorandan çıxarkən Türkiyə KİV nümayəndələri tərəfindən görüntülənib. O. Gencebay “Bu gün önəmli qonağımız var. Onun üçün bir ataya gəldik, yemək yedik” –deyə mətbuat üzvlərinə açıqlamasında bildirib.


Son xəbərlər
Son Xəbərlər