Orxan Məmmədov federasiya prezidenti oldu

orxan-memmedov-federasiya-prezidenti-oldu
Oxunma sayı: 6539

Azərbaycan Minifutbol Federasiyasının (AMF) növbəti ümumi yığıncağı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə AMF-nin hesabatı dinlənilib və qəbul edilib.

Sonra AMF-nin rəhbərliyinə yeni seçki keçirilib. Orxan Məmmədov fəxri prezident olduğu federasiyanın növbəti 4 il üçün prezidenti seçilib. Taleh Nəsibov isə vitse-prezident seçilib.  

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında qısa müddətdə ölkəmizin minifutbolda böyük uğur qazandığını qeyd edib və yeni seçkilər münasibətilə federasiya rəhbərliyini təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.