Orxan Sadıqlı “İnter”də

orxan-sadiqli-interde
Oxunma sayı: 2182

“Xəzər Lənkəran”ın fəaliyyətini dayandırmasından sonra klubsuz qalan qapıçı Orxan Sadıqlı “İnter”lə anlaşıb. “Qafqazinfo” xəbər verir ki, o, Bakı klubu ilə müqavilə bağlayacağını deyib. 

Futbolinfo.az-a açıqlama verən qapıçı yaxın saatlarda “bankirlər”lə rəsmi müqavilə bağlayacağını bildirib: “Həm mənə, həm də “İnter”ə xeyirli olsun. “Xəzər Lənkəran” üçün etdiyimi bundan sonra “İnter” üçün edəcəm. Elə indi də maşındayam, müqavilə imzalamağa gedirəm”.

Qeyd edək ki, Sadıqlı bakılıların heyətində Georgi Lomayanı əvəz edəcək. Klubdan verilən məlumata görə, 37 yaşlı gürcü qapıçı ilə yollar ayrılıb. Orxan əsas heyətə düşmək uğrunda Səlahət Ağayevlə rəqabət aparmalı olacaq.