Orxan Sadıqlı “Xәzәr Lәnkәran”a qayıtdı

orxan-sadiqli-xzr-lnkrana-qayitdi
Oxunma sayı: 960

“Xəzər Lənkəran”la yollarını ayıran Orxan Sadıqlının bir neçə gündür ki, “Rəvan”la məşq etdiyi barədə məlumat yayılmışdı. 

“Qafqazinfo” xəbər verir ki, “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov sportal.az-a açıqlamasında Sadıqlının dünən komandanın düşərgəsini tərk etdiyini və yenidən “Xəzər Lənkəran”a qayıtdığını bildirib: “Orxan Sadıqlı iki gün idi ki, bizimlə məşq edirdi. Dünən mənə zəng edərək halallıq istədi və yenidən “Xəzər Lənkəran”a qayıtmaq istədiyini bildirdi. Biz də bunu anlayışla qarşılayıb futbolçu ilə sağollaşdıq”.