Orxanın il mərasimi keçirildi - Foto

orxanin-il-merasimi-kecirildi
Oxunma sayı: 6239

Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı hücum zamanı şəhid olan baş leytenant Orxan Əsgərovun il mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yas mərasimi onun doğulub boya-başa çatdığı ata yurdu Gəncədə keçirilib.

Xatırladaq ki, ötən il yanvarın 27-də İran vətəndaşı Yasin Hüseynzadə Azərbaycanın Tehrandakı Səfirliyində terror aktı törədib. Hadisə nəticəsində mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər isə yaralanıb.

Yunis Quliyev