Ötən gecə 91-ci dəfə Akademiya Mükafat Mərasimi (Oscar) baş tutub. “Qafqazinfo” xəbər verir ki, nüfuzlu tədbir Los-Ancelesin “Dolby” teatrında reallaşıb. 10 filmin “Ən yaxşı kino mükafatı” nominasiyası üzrə yarışdığı gecə ilk dəfə aparıcısız keçirilib.
Emma Stone, Emilia Clarke, Charlize Theron, Amy Adams, Rami Malek, Yalitza Aparicio, Rachel Weisz, Lady Gaga, Bradley Cooper və Billy Porter kimi kino, musiqi və moda dünyasının məşhur ulduzları mərasimin ən diqqətçəkənləri olub. Qırmızı xalça keçidindən sonra tədbir açıq elan edilib.
.jpg)
Səhnəyə çıxan “Queen”qrupunun əfsanəsi Brian May səhnə şousu ilə hər kəsi salamlayıb və rəsmi tədbirin başladığını elan edib.
Mərasimdə ən yaxşı kino “Green Book”, ən yaxşı rejissor “Roma”nın rejissoru Alfonso Cuarón, ən yaxşı aktrisa Olivia Colman, ən yaxşı aktyor Rami Malek seçilib.

Bundan əlavə, ən yaxşı köməkçi aktrisa Regina King – “If Beale Street Could Talk”, ən yaxşı köməkçi aktyor Mahershala Ali, ən yaxşı saç-makiyaj “Vine”, ən yaxşı qısa animasiya filmi Bao, ən yaxşı qısa film Skin, ən yaxşı film mahnısı Shallow (Lady Gaga) olub.

























Son xəbərlər
Son Xəbərlər