“Oskar”da göz oxşayan milyonluq zinət əşyaları - Fotolar

oskarda-goz-oxsayan-milyonluq-zinet-esyalari
Oxunma sayı: 5467

88-ci “Oskar” mükafatlandırma mərasimində məşhurların zinət əşyaları da müzakirə mövzusu olub.

“Qafqazinfo”nun məlumatına görə, amerikalı müğənni Ledi Qaqanın “Lorraine Schwartz” brendindən taxdığı almaz sırğalar 90 karatdır, dəyəri isə 8 milyon dollardır.

O, gecədə 34 yaşlı nişanlısı Taylor Kinneyin hədiyyə etdiyi ürək şəklindəki 6 karatlıq nişan üzüyünü də taxıb. Onun nişan üzüyü 400 min dollardır.

2000-ci ildə Dünya Gözəli seçilən hindistanlı Priyanka Çopra da zinət əşyalarına görə gecədə ən çox müzakirə olunan məşhurlardan biri olub. Çopra “Lorraine Schwartz” brendindən 50 karatlıq almaz sırğalar taxıb. Onun dəyəri 3, 2 milyon dollardır.

Priyankanın 22 karatlıq almaz üzüyünün qiyməti isə 3, 4 milyon dollardır.

Alman supermodel və aktrisa Haydi Klum “Goldconda” brendindən 67 karatlıq, 2,5 milyon dollarlıq üzük taxıb.

30 yaşlı amerikalı model Kriss Teyqenin “Oskar” mərasimində istifadə etdiyi almaz üzük və sırğaların dəyəri ümumilikdə 2,8 milyon dollardır.