ABŞ Kinoakademiyasının İdarə heyəti “ən populyar kino” nominasiyası üzrə “Oskar” təqdim edilməsinə qərar verib.
“Qafqazinfo”nun “Röyters”ə istinadən məlumatına görə, bu barədə Kinoakademiya üzvlərinin məktubunda bildirilir. Qeyd olunur ki, bundan sonra “Oskar”ın daha az populyar olan kateqoriyaları üzrə mükafatlandırmalar vaxta qənaət məqsədilə televiziyada yayımlanmayacaq.
92-ci mükafatlandırma mərasimi isə 2020-ci il fevralın 23-də yox, 9-da keçiriləcək. 91-ci mərasim elə əvvəlki kimi - gələn il fevralın 23-də Los-Ancelesdə baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər