“Qafqazinfo” Daily Mail-ə istinadən xəbər verir ki, mükafatlandırma mərasiminin aparıcı Neil Patrick Harris səhnəyə çılpaq çıxıb. Tədbirin açılışı Harrisi geyim otağının qapısının bağlı olması ilə başlayıb. 41 yaşlı aparıcı açılışının vaxtının gəlib çatdığı, paltarlarının isə bağlı qapı arxasında qalmasına görə, səhnəyə çılpaq çıxmağa məcbur olub.
Təbii ki, bu səhnəcik öncədən hazırlanıb. Səhnəyə çılpaq çıxan Patrick Harris qonaqları təəccübləndirib, mükafat alan məhşurları səhnəyə dəvət edib. Aparıcı yeni təqdimatı keçirilən “Birdman” filminin Mike obrazını canlandırıb. O, obrazda olduğu kimi ağ alt paltarı, qara corab və ayaqqabıdan istifadə edib.
Son xəbərlər
Son Xəbərlər