Ostin Brüsselə səfərini ləğv etdi

ostin-brussele-seferini-legv-etdi
Oxunma sayı: 976

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ukrayna üzrə təmas qrupunun iclasında iştirak edəcəyi Brüsselə səfərini ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS Pentaqona istinadən məlumat yayıb.

“Nazir bu həftə Brüsselə getməyəcək”, - məlumatda qeyd olunub.

ABŞ-nin rəhbərlik etdiyi təmas qrupunun iclasının çərşənbə günü, fevralın 14-də keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, Ostin sidik kisəsində yaranan problemə görə xəstəxanaya yerləşdirilib. Bildirilir ki, o, müvəqqəti olaraq öz səlahiyyətlərini müavini Ketlin Hiksə həvalə edib. 

Xatırladaq ki, ötən ilin dekabrın sonu Ostində prostat xərçəngi aşkar edilib və o əməliyyat olunub. O, bir müddət Vaşinqton yaxınlığında Uolter Ridd Milli Tibbi Mərkəzində müalicə alıb. Pentaqon rəhbəri bir aylıq fasilədən sonra yanvarın 29-u yenidən işgüzar görüşlərinə başlayıb. Həmin gün o, NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb və ona hələ ki tam sağalmadığını bildirib.