Otaq yoldaşı olan bibisi oğlunu öldürdü

otaq-yoldasi-olan-bibisi-oglunu-oldurdu
Oxunma sayı: 3503

Şabran rayon sakini R.İsmiyev Suraxanı rayonunun Bülbülə qəsəbəsində kirayədə yaşadığı evdə münaqişə zəminində onunla birgə yaşayan bibisi oğlu Cavid Muxtarova bıçaqla xəsarət yetirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə yanvarın 8-də saat 21 radələrində qeydə alınıb. 

C.Muxtarov xəstəxanaya aparılarkən yolda ölüb.

Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Şabran rayon sakini R.İsmiyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.