Otelə konfrans zamanı terror hücumu, 14 əcnəbi ölüb

otele-konfrans-zamani-terror-hucumu-14-ecnebi-olub
Oxunma sayı: 988

Əfqanıstanın paytaxtı Kabildə otelə hücum olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün əcnəbilər arasında populyar olan “Intercontinental Hotel”də baş verib. Hücum zamanı oteldə əcnəbilərin və əfqan hökumət nümayəndələrinin iştirakı ilə konfrans keçirilib. Hökumət 18 nəfərin öldüyünü təsdiqləyib. Onlardan 14-ü əcnəbidir. Belə ki, ölənlərin doqquzu Ukrayna vətəndaşı, həmçinin aralarında Almaniya, Yunanıstan və Qazaxıstan vətəndaşları da var. 

Yerli KİV isə ölü sayının 43 olduğunu yazır. Baş verənlərə görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.