Fevral ayında 24 nəfər sirkə turşusundan zəhərlənib, 3 nəfər ölüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin fevral ayı ərzində mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 106 nəfər daxil olub.
Şöbəyə qəbul edilən xəstələrdən 11-i dəm qazından, 52-si dərmandan və 9-u etanoldan zəhərlənən şəxslərdir.
Həmçinin 10 nəfər allergik reaksiyadan, 24 nəfər isə sirkə turşusundan zəhərlənib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb.