Ötən ay 14 cütlük boşanmaqdan imtina edib

oten-ay-14-cutluk-bosanmaqdan-imtina-edib
Oxunma sayı: 955

Azərbaycanda bu ilin yanvar ayında bağlanmış nikahların sayı açıqlanıb. 

“Qafqazinfo” Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 2.714 nikah dövlət qeydiyyatına alınıb. 

Həmçinin bildirilir ki, 2020-ci ilin dekabr ayında nikahın pozulması üçün müraciət etmiş şəxslərlə psixoloqların apardığı söhbət nəticəsində nikahın pozulmasının təyin edildiyi 2021-ci ilin yanvar ayı ərzində 28 nəfər (14 cütlük) nikahın pozulmasından imtina edib. 

Günel Türksoy