“Azərişıq” ASC-nin abonentlərə göstərdiyi xidmətlərin bütün regionlardakı “ASAN xidmət” mərkəzlərini əhatə etməsi, eyni zamanda 2018-ci il ərzində əlavə üç xidmətin yaradılaraq xidmətlərin sayının 13-ə çatdırılması may ayı ərzində səhmdar cəmiyyətə daxil olan müraciətlərin sayında artıma səbəb olub.
“Azərişıq”dan "Qafqazinfo"ya daxil olan məlumata görə, həmin üç yeni xidmətdən ikisi məhz mayın əvvəlindən etibarən fəaliyyətə başlayıb. Bunlar “yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı xidmətlərdir.
Ümumilikdə isə may ayı ərzində “Azərişıq” ASC-nin “ASAN” xidmət mərkəzləri vasitəsi ilə göstərdiyi 13 xidmət üzrə 13 minə yaxın müraciət olunub.
Azərişıq “ASC”-nin göstərdiyi 13 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün 245 sahibkar, evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün isə 4240 vətəndaş müraciət edib.
Son xəbərlər
Son Xəbərlər