Avropa İttifaqının Kopernik peyk izləmə sistemi tərəfindən aparılan ölçmələrə görə, ötən ay dünyada indiyə qədər qeydə alınan ən isti may olub.
“Qafqazinfo” xəbər verir ki, izləmə sistemi tərəfindən verilən açıqlamada, keçən ay ölçülən səth havasının orta temperaturunun 1991-2020-ci illər dövrü üçün may ayı ortalamasından 0,75 dərəcə yüksək olduğu bildirilib.
Açıqlamada, ötən ayın dünya miqyasında indiyə qədər qeydə alınan “ən isti may” olduğu, beləliklə, son 12 ayın dalbadal “ən isti ay” elan edildiyi qeyd olunb.