Türkiyənin “Fox” televiziyasında yayımlanan reytinqli “Masumiyyet” serialı son bölümü ilə sosial şəbəkələrin gündəmini zəbt edib.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb ekran işinin 6-cı bölümündə əsas qəhrəmanlardan biri olan Hale obrazını canlandıran Hülya Avşarın üzünün tamamilə filterlənməsi olub.
Belə ki, aktrisanın bütün səhnələrində siması parlaqlaşdırılıb, xüsusi effektlə hamarlaşdırılıb. Hədsiz dərəcədə filterlənən Avşarın bəzi səhnələrində hətta burnu belə görünməyib. Həmin kadrlar isə gülüşə səbəb olub, sosial şəbəkələrdə “caps”lar hazırlanıb.

Hülya şərh yazan bir neçə izləyiciyə və xəbər səhifələrinə münasibət də bildirib. “Seriala çox yaraşıb, mimikaları möhtəşəmdir”,- deyə kinayəli şəkildə aktrisanı tənqid edən izləyiciyə Avşar “mən də eyni fikirdəyəm”- deyə bildirib.
Həmçinin aktrisa “burnumu tapa bilmədim, onsuz da yox kimi bir şeydir”, - şərhini yazıb.




Son xəbərlər
Son Xəbərlər