İstanbul küçələrinə dünən axşam qəribə bir sakitlik hökm sürüb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtomobil sıxlığı ilə bilinən şəhərin yolları gecə saatlarında tamamilə boş olub. Hətta gecə həyatı ilə seçilən Taksim meydanında çox az adam gözə çarpıb. İstiqlal küçəsinə gələnlərin əksəriyyətinin məqsədi isə partlayış yerini ziyarət etmək olub.
Əyləncə mərkəzlərinin çox olduğu Nevizadədə şənbə günü olmasına baxmayaraq obyektlər erkən saatlardan bağlanıb. Küçələrdə hər həftəsonu yaşanan sıxlıq yerini tənhalığa, sükuta verib.
Küçədə gəzənlərin əksəriyyətinin turistlər olduğu müşahidə olunub. Nişantaşı, Rumeli, Teşvikiye, Kadıköy kimi mərkəz küçələrdə yollar tamamilə boş olub.
Günel Hacı










Son xəbərlər
Son Xəbərlər