Ötən gün Bakı metrosundan 762 minə yaxın sərnişin istifadə edib

oten-gun-baki-metrosundan-762-mine-yaxin-sernisin-istifade-edib
Oxunma sayı: 837

“Bakı Metropoliteni” mayın 29-da 761 717 nəfər sərnişin daşıyıb. 

Bu barədə “Qafqazinfo”ya metropolitenin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Qurum sözçüsü saat 00:00 - 04:00 arasındakı gücləndirilmiş iş rejimi saatlarında daşınan sərnişin sayını da açıqlayıb. Belə ki, bu vaxtlarda metrodan 43 529 sərnişin istifadə edib.

Xatırladaq ki, dünən Bakıda UEFA Avropa Liqasının finalı keçirilib.