Ötən gün daha 2 piyada qəzada ölüb

oten-gun-daha-2-piyada-qezada-olub
Oxunma sayı: 1471

Ötən gün yol qəzalarında iki piyada ölüb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Nərimanov rayonunun Z.Bünyadov prospektində “Mercedes” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişi vurulub. Bakı şəhər sakini Asiman Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb. 

Ötən gün saat 23 radələrində Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində Orta-Salahlı kənd sakini Turxan Nəzərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əlövsət Nəsibovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. 

Faktlarla bağlı  araşdırma aparılır