Ötən gün qəzalarda 9 nəfər ölüb

oten-gun-qezalarda-9-nefer-olub
Oxunma sayı: 1096

DİN Azərbaycanda ötən gün baş verən yol qəzaları ilə bağlı statistik məlumat açıqlayıb.

“Qafqazinfo” nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 1-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb.

Qeyd edək ki, təkcə Göygöldə minik avtomobilinin TIR-la toqquşması nəticəsində 6 nəfər vəfat edib.