Ötən gün sərhəd pozucularının açdıqları atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, kiçik gizir Alimov Fərid Elçin oğlu bu gün Quba rayonunda dəfn olunub.
“Qafqazinfo” Quba rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, şəhid hərbi qulluqçu rayonun Yeni Güləzi kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəhbərliyi, DSX-nin məsul şəxsləri, hərbi qulluqçular, rayon ictimaiyyəti iştirak edib.
Xatırladaq ki, ötən gün Dövlət Sərhəd Xidmətinin Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyyə olunsa da, onların həyatlarını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Fərid Alimovla birgə şəhid olan baş leytenant Samir Eyvazov da bu gün Tovuzda torpağa tapşırılıb.



Son xəbərlər
Son Xəbərlər