Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Oxunma sayı: 1038

Avqustun 5-də Azərbaycanda baş vermiş yol qəzalarında 4 nəfər həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, ölümlə nəticələnən qəzalar Beyləqan, Qəbələ, Ucar və Salyan rayonlarında baş verib.

Bu hadisələr nəticəsində daha 7 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Gün ərzində baş vermiş ən ağır qəza Qəbələdə qeydə alınıb. Rayonun Türyançay kəndində “Mercedes” markalı iki avtomobilin toqquşması 1 nəfərin ölümü, daha 4 nəfərin isə xəsarət alması ilə nəticələnib.