Ötən günün kriminalları

oten-gunun-kriminallari
Oxunma sayı: 999


Fevralın 4-də saat 04:30 radələrində, Mingəçevir küçəsində orada yaşayan Sərxan İsmayılov bıçaq xəsarəti ilə KTM-ya daxil olub. Xətai RPİ CAŞ və 37-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Xocavənd rayon sakini Asəf Məmmədov tutulub. 

Fevralın 4-də Bakı şəhər sakini Əli Rzayevə məxsus Ə.Rəcəbli küçəsində yerləşən mağazadan qapını sındırmaqla içəridə olan seyfdən şəxsiyyət vəsiqəsi, «Mercedes» markalı avtomobilin texniki pasportu, 650 manat və 30 ədəd ov tüfənginə aid patron oğurlanıb. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Ruslan Mirzəyev və Ağdam rayon sakini Əsəd Cavadzadə tutulublar. 

Fevralın 4-ü saat 03 radələrində, Xəzər rayonu Bakı-Buzovna yolunda Bakı şəhər sakinləri 1971-ci il təvəllüdlü Teymur İsmayılovun idarə etdiyi «Azsamand» markalı və Fərahim Qasımovun idarə etdiyi «QAZ-24» markalı avtomobillər toqquşmuş, nəticədə hər iki avtomobil tam yanıb. F.Qasımov yanaraq ölüb, T.İsmayılov isə xəsarətlə 3 saylı xəstəxanaya yerləşdirilib. 

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sabunçu qəsəbəsi Xəstəxanayanı küçəsində yaşayan Arzu Hacıyevdən 5 qramdan artıq və yaşadığı evə baxış zamanı 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilib.

Yanvarın 18-də V. Əhmədli küçəsində orada yaşayan Fəzail Abuşova məxsus «VAZ-2107» markalı avtomobil qaçırılıb. Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Bakı şəhər sakini Elvin Həmidov tutulmuş və o avtomobili «Qırğı» ləqəbli tanışının vasitəsi ilə 500 manata Zaqatala rayonuna satmasını bildirib. DİN BCAİ, Xətai RPİ CAŞ, Balakən RPŞ və Zaqatala RPŞ əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili alan şəxslər Zaqatala rayon sakini Vüqar Cavadzadə, Balakən rayon sakinləri Maqsud Dibirov və Rəsul Mahamaxanov tutulub, avtomobil Balakən rayon Hənifə kənd sakini Nakif Hudulovun həyətində sökülmüş vəziyyətdə aşkar edilib.