Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilib. "Qafqazinfo" xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Qəbul iyulun 3-dək davam edəcək.
Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri Eşqi Bağırov bildirib ki, artıq 500 nəfərə yaxın şəxs qeydiyyatdan keçib:
"Bu rəqəm bu saata olan nəticədir. Ötən il rekord göstərici olaraq ümumilikdə 51 minə yaxın müəllim müraciət etmiş və il ərzində 10-11 min müəllim işə qəbul olmuşdu. Bu il isə nəticənin daha yüksək olması gözlənilir. Həmçinin ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər. Test imtahanları mərhələsi isə 8-24 iyul aralığında baş tutacaq".
Son xəbərlər
Son Xəbərlər