Ötən il 15-17 yaşında 137 qız nikaha girib

oten-il-15-17-yasinda-137-qiz-nikaha-girib
Oxunma sayı: 1092

Ötən il Azərbaycanda ümumilikdə 56 314 nikah qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən il nikaha daxil olan bəylərdən 35 418-i 15-29 yaşda olub.

Nikaha daxil olanlardan biri 15-17, 169-u 18-19, 9842-si 20-24, 25406-sı 25-29 yaşda olub.

2021 nikaha daxil olan gəlinlərin sayı 46 708 olub. Onlardan 137-si 15-17, 11399-u 18-19, 22642-si 20-24, 12530-u 25-29 yaşında olub.