Ötən il 225 milyondan çox artıq və əsassız ödəniş aşkarlanıb

oten-il-225-milyondan-cox-artiq-ve-esassiz-odenis-askarlanib
Oxunma sayı: 2657

“Ötən il ərzində dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi üzərində nəzarəti təmin etmək məqsədilə aparılmış nəzarət tədbirləri ilə vəsaitin xərclənməsini tənzimləyən qanunvericiliyin, maliyyə qaydalarının və normalarının tələblərinə əməl edilməməsi hesabına büdcə vəsaitlərinin artıq və əsassız xərcləndiyi, bəzi hallarda ciddi maliyyə pozuntularına yol verildiyi aşkar edilib”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şəriov ötən ilin yekunlarına həsr olunmuş geniş tərkibdə keçirilən kollegiya iclasında deyib.

Nazir bildirib ki, il ərzində ümümilikdə 185 nəzarət obyektində aparılan maliyyə nəzarət tədbirləri ilə aşkar edilən 225 milyon 710 min manat məbləğində artıq və əsassız ödənişlərin 35,1 milyon manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə bərpası təmin edilib: “Yerdə qalan vəsaitin bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür”.