“Ötən il 26 xəttin hərəkət sxemi dəyişdirilib”

oten-il-26-xettin-hereket-sxemi-deyisdirilib
Oxunma sayı: 737

“Bakı şəhərində 169 şəhərdaxili xətt mövcuddur. Bunun 44 faizi şəhərdaxili, 56 faizi isə şəhərətrafıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli 2020-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, 2020-ci il ərzində 16 yeni xətt açılıb (12 ekspress, 4 müntəzəm). Həmçinin il ərzində 26 xəttin hərəkət sxemi dəyişdirilib.

V. Kərimli əlavə edib ki, ötən il ərzində 21 faiz daşıyıcı sayı optimallaşdırılıb. Hazırda paytaxtda 29 daşıyıcı fəaliyyət göstərir.

Gülnar Əliyeva