Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ötən il respublika üzrə 4 məcburi əmək faktı müəyyən edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2019- cu il hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, aparılan araşdırmalarla 6 qurbandan 5- nin Rusiyada tikinti sahəsində istismar edildiyi, 1 azyaşlının respublika üzrə dilənçiliyə məruz qalması müəyyən edilib. Hər bir fakt üzrə istintaq araşdırmaları aparılaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib. Həmçinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monotorinqi Mərkəzi tərəfindən aparılan monitorinqlərlə 120 tikinti obyektində 351 nəfərin əmək və ya xidməti müqavilə olmadan çalışdığı aşkar edilib. Həmin pozuntularla bağlı 4 işəgötürən təşkilat barədə toplanmış materiallar Respublika Prokurorluğuna göndərilib. 39-u haqqında ümumilikdə 454 min manat inzibati cərimə tətbiq edilib.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər