Ötən il Azərbaycanda 2042,3 km uzunluğunda yollar çəkilib

oten-il-azerbaycanda-20423-km-uzunlugunda-yollar-cekilib
Oxunma sayı: 941

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2018-ci ilin yekunlarına və 2019-cu il qarşıda duran vəzifələrin icrasına həsr olunan kollegiya iclası keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov çıxış edərək deyib ki, 2018-ci ildə respublikanın 54 rayonunda, Bakı və Sumqayıt şəhərində 90 layihə başa çatıb. Bu layihələr 2,2 milyon nəfər əhalinin yaşadığı 920 yaşayış məntəqəsini əhatə edən 2042,3 km uzunluğunda avtomobil yollarıdır. 

Ötən il 33 körpü, 29 yol ötürücüsü, 4 tunel tikilərək istifadəyə verilib, 221 adda maşın və mexanizmlər alınıb.

2018-ci ilin sentyabrın 18-də prezident İlham Əliyevin iştirakı ilə uzunluğu 202 km olan Ələt-Astara-İran İslam Respublikası ilə Dövlət sərhədi  avtomobil yolunun açılış mərasimi keçirilib. Hazırda yeni magistral avtomobil yolunun 170 km-lik hissəsinin ödənişli olması ilə bağlı müvafiq işlər həyata keçirilir.

2019-cu ildə ilkin mərhələdə ümumi uzunluğu min km-dən artıq olan 43 rayon üzrə rayon və qəsəbədaxili, kənd və qəsəbələrarası avtomobil yollarını əhatə edən 50 yol infrastrukturu layihəsi icra olunacaq. Maddi-texniki bazanın gücləndirilməsi məqsədi ilə 270 adda yeni maşın və mexanizmin alınması da nəzərdə tutulub.