“Azərbaycanda ötən il 383 hektar meşə ərazisində yanğın hadisəsi baş verib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində canlı yayım zamanı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
O qeyd edib ki, bu yanğının miqyası ötən illərlə müqayisədə xeyli azalıb:
“5 il əvvəl 3-4 min hektar ərazidə yanğın qeydə alınırdısa, ötən il bu miqyas xeyli azalıb. Həmin meşə ərazilərində yanğınlarla bağlı ziyan hesablanıb və istintaq orqanlarına təqdim edilib. Ümumiyyətlə, Azərbaycanda qış aylarından meşə yanğınlarının qarşısını almaq üçün profilaktik tədbirlər görülür”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər