Ötən il Azərbaycanda 46 azyaşlı abort etdirib

oten-il-azerbaycanda-46-azyasli-abort-etdirib
Oxunma sayı: 1592

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 2017-ci ildə ölkədə 15-17 yaşlılarda edilmiş abortların sayı 46 olub.

“Qafqazinfo” xəbər verir ki, bunu Bizimyol.info-nun informasiya sorğusuna cavabında Dövlət Statistikası Komitəsi bildirib.

Qurumdan qeyd olunub ki, səhiyyə statistikasına dair məlumatlar illik dövrlülüklə ildə bir dəfə əldə olunur. 2018-ci ilin nəticələri üzrə məlumatlar 2019-ci ilin may ayında hazır olacaq.