Ötən il “Azəri-Çıraq-Günəşli” yatağı nə qədər gəlir gətirib?

oten-il-azeri-ciraq-gunesli-yatagi-ne-qeder-gelir-getirib
Oxunma sayı: 2568

2022-ci ildə “Azəri-Çıraq-Günəşli” yatağından 9 milyard 889 milyon ABŞ dolları gəlir əldə edilib.

Dövlət Neft Fondundan “Qafqazinfo”ya bildirilib ki, bir il ərzində “Şahdəniz” yatağından isə (qaz və kondensat) 1 milyard 443 milyon dollar gəlir əldə olunub.

O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 328 milyon 567 min ABŞ dolları təşkil edib.