Ötən il AzTV 5000 manat cərimələnib

oten-il-aztv-5000-manat-cerimelenib
Oxunma sayı: 1185

Milli Televiziya və Radio Şurasının müraciəti əsasında ötən il AzTV 5000 manat məbləğində cərimələnib. 

“Qafqazinfo” xəbər verir ki, bu  barədə şuranın 2020- ci il hesabatında qeyd olunub. 

Bildirilir ki, İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AZTV kanalı) barəsində  8 may 2020-ci il tarixdə inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ə 5000 (beş min) manat cərimə cəzası tətbiq edilib.