Ötən il əhalinin 42 faizi icbari tibbi sığortadan yararlanıb

oten-il-ehalinin-42-faizi-icbari-tibbi-sigortadan-yararlanib
Oxunma sayı: 1620

2021-ci ildə icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 42 faizi xidmətdən yararlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2021-ci ildə və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyəti ilə bağlı mətbuat konfransında agentliyin sədri Zaur Əliyev bildirib.

Qeyd olunub ki, ötən il  4 milyondan çox pasient 10,3 milyon dəfə tibbi xidmətlərə müraciət edib. 23 milyona yaxın xidmət göstərilib.

Ən çox müraciət edilən xidmət növü ümumi müayinə olub.

“2021-ci ildə icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 22 milyondan çox olub. Bu dövrdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində göstərilən cərrahi xidmət sayı isə 27 305-ə yüksəlib. Beləliklə, icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 42 %-i tibbi xidmətlərdən yararlanıb. Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlər vətəndaşların ən çox müraciət edilən, habelə əlillik və ölüm riski olan xəstəliklər üzrə müayinə və müalicə olunmalarını təmin edib”, - Zaur Əliyev bildirib. 

Amin Nəzərli