2023-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilə nisbətən 11,2 faiz artaraq 933,8 manat təşkil edib.
Bu barədə “Qafqazinfo”ya Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
Qeyd edilib ki, əməkhaqqı neft-qaz sektorunda 3492,0 manat, qeyri neft-qaz sektorunda 885,2 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 904,0 manat, özəl müəssisələrdə isə 966,0 manat olub.
Xəbəri rus dilində oxuyun: Проживающий в США внук Кара Караева - ФОТО
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.