2022-ci ildə dünyada hər 1 dəqiqədə 11 futbol meydançası ölçüsündə meşəlik ərazi yox olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Qlobal Meşə Nəzarəti (GFW) məlumatları göstərir.
Dünya Resursları İnstitutu tərəfindən dəstəklənən onlayn meşə monitorinqi və xəbərdarlıq platforması olan Qlobal Meşə Nəzarətinin 2022-ci il təhlili, beynəlxalq ictimaiyyətin 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatının 26-cı İqlim Dəyişikliyi Konfransında (COP26) imzalanmış Qlazqo Bəyannaməsi hədəflərindən geri qaldığına diqqət çəkib.
Kəsilməsi və ya yandırılması nəticəsində məhv edilən meşə sahələri 4 milyon hektara çatıb.
Ən çox meşə sahəsi məhv olan ölkə 1,77 milyon hektarla Braziliya, daha sonra 513 min hektarla Konqo Demokratik Respublikası, 386 min hektarla Boliviya və 230 min hektarla İndoneziya olub.
Son xəbərlər
Son Xəbərlər