Ötən il itkin düşmüşdü, tapıldı

oten-il-itkin-dusmusdu-tapildi
Oxunma sayı: 1996

Qubada itkin düşən qadın tapılıb. 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, rayonun Amsar kənd sakini, 48 yaşlı Güləbətin Zəkiyeva ötən il oktyabrın 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan narahat olan ailəsi onun tapılması üçün Quba Rayon Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 14 yanvar 2019-ci il tarixdə Xaçmaz rayonu Arzu kənd ərazisində tapılaraq ailəsinə təhvil verilib.