“Müharibədə itkilərimizi nəzərə almasaq belə, 2020-ci ildə ölkədə ölümlərin sayı 30% artıb (müharibə itkiləri nəzərə alındıqda 35%)”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev yazıb. İqtisadçının araşdırmasına görə, son 25 ildə, yəni 1995- ci ildən bəri 11 il ərzində ölüm sayı özündən əvvəlki ilə nisbətən azalıb, 14 ildə isə artıb: “Lakin bu artımların ən yüksək səviyyəsi heç vaxt 5%-i ötməmişdi (2003-cü ildə). Yerdə qalan illərdə artım dinamikası maksimum 2-2.5% intervalında dəyişib. İndiki 30%-lik son dərəcə kəskin artımdır, hətta demoqrafik fəlakət adlandırıla biləcək durumdur və rəsmi izah tələb edir”.
İqtisadçı əlavə edib ki, son 3-4 ildə 65 yaşdan aşağı vəfat edən əhalinin ümumi ölümlərdə 40-41% aralığında dəyişsə də, 2020-ci ildə 42.6%-ə yüksəlib. Bu isə cavan ölüm əmsalının daha da yüksəldiyini göstərir.
R. Ağayev vurğulayıb ki, ölkənin səhiyyə sisteminə məsul orqanların 2020-ci ildəki demoqrafik vəziyyətlə bağlı cəmiyyət üçün hesabat hazırlayıb təqdim etməsi son dərəcə vacibdir.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər