Ötən il Azərbaycanda satılmış turizm zərflərinin dəyəri açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
2022-ci ildə satılmış turizm yollayışlarının dəyəri 15915,2 min manat təşkil edib. Ölkə daxilində səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış turizm yollayışlarının dəyəri 803,3 min AZN, ölkədən kənarda səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış turizm yollayışlarının dəyəri isə 11206,6 min AZN olub.
Bundan başqa, Azərbaycan ərazisinə səyahət etmək üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə satılmış turizm yollayışlarının dəyəri 3905,1 min manat təşkil edib.
Son xəbərlər
Son Xəbərlər