Ötən il qeydə alınan qəzalar kameralarda - Video

oten-il-qeyde-alinan-qezalar-kameralarda
Oxunma sayı: 2856

"Paytaxtda hərəkətin etibarlı təhlükəsizliyi istiqamətində kompleks maarifləndirmə tədbirlərinin genişləndirilməsi diqqət mərkəzindədir. Yeni dövrün çağırış və təhdidləri, yol-qəza hadisələrinin faktlar üzrə təhlilləri göstərir ki, yollarda hərəkət iştirakçılarının məsuliyyəti əsas şərtlərdən biridir. Bunu nəzərə alaraq, ötən il qeydə alınan hər bir yol-qəza hadisəsi faktlar üzrə ayırı-ayırılıqda nəzərdən keçirilib".

Bu fikirləri "Qafqazinfo"ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bir sıra yol-qəza hadisələri ilə bağlı “Təhlükəsiz Şəhər” kameralarının qeydə aldığı faktları təqdim edib.