Ötən il qəza törətdi, bu il tutuldu

oten-il-qeza-toretdi-bu-il-tutuldu
Oxunma sayı: 845

Dekabrın 31-də qəza törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən şəxs tutulub. 

“Qafqazinfo” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Opel” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini Zöhrab Novruzov saxlanılıb.
 
Xatırladaq ki, yol-nəqliyyat hadisəsi zamanı Nicat Hüseynov adlı vətəndaş xəsarət alıb.