Ötən il seçkilərə və statistika tədbirlərinə ayrılan vəsait açıqlandı

oten-il-seckilere-ve-statistika-tedbirlerine-ayrilan-vesait-aciqlandi
Oxunma sayı: 1272

Ötən ilin dövlət büdcəsindən seçkilərin keçirilməsi və statistika tədbirlərinə 45 milyon 762 min 343 manat vəsait ayrılıb.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsində qeyd olunub. 

Qeyd edək ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası gəlirlər 35 milyard 236 milyon 394,3 min manat, xərclər 36 milyard 457 milyon 956,1 min manat məbləğində olmaqla təsdiq edilməsi təklif edilir.

Zaur Mirzə