Ötən il turistlərə bilet satışından əldə edilən vəsait açıqlandı

oten-il-turistlere-bilet-satisindan-elde-edilen-vesait-aciqlandi
Oxunma sayı: 2028

2022-ci il ərzində Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlara pandemiyadan əvvəlki dövrdən daha artıq sayda bilet satışı olub.

“Qafqazinfo” xəbər verir ki, ötən il ümumilikdə 341 253  bilet satılıb. Ziyarətçilərin 162 798 nəfər xarici, 178 455 nəfəri yerli vətəndaş olub.

Ümumilikdə 2022-ci il ərzində turistlərə göstərilən xidmətlər üzrə bilet satışından 1 693 164 manat vəsait əldə edilib.

Sözügedən qoruqlara “Yanardağ”, “Atəşgah məbədi”, “Xınalıq”, “Lahıc”, “Yuxarı Baş”, “Kiş”, “Beşbarmaq dağı” və “Basqal”, həmçinin “Diri Baba” türbəsi daxildir.