Ötən il yenilənən təhsil müəssisələri - Video

oten-il-yenilenen-tehsil-muessiseleri
Oxunma sayı: 1629

Elm və Təhsil Nazirliyi 2023-cü ildə yenilənmiş təhsil müəssisələrinin sayını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, nazirlik ümumilikdə 40 təhsil müəssisəsində yenidənqurma işləri aparıb.

Bunlardan 3-ü peşə, 3-ü məktəbdənkənar, 1-i internattipli, 33-ü isə ümumi təhsil müəssisəsidir.

Müəssisələrdən 23-ü istismara verilib, 8-də isə tamamlanma işləri görülüb.

Daha 38 təhsil müəssisəsinin təmir-tikinti işlərinə hazırlıq həyata keçirilir.

Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən 20 təhsil müəssisəsinin təmir-tikintisi başa çatdırılıb.