“2020-ci ildə Bakıda 75, respublika ərazisində 429 olmaqla yol qurğu elementlərinə ziyan dəymiş 504 yol nəqliyyat hadisəsi baş verib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Nəticədə 7858 pm əyri xətli tirlər, 80 pm mühafizə çəpərləri, 32 işıq dirəyi, 19 yol nişanı 43 metr körpü mühəccəri, 9 səs boğucu ,3 informatik lövhə və 1 sərnişin dayanacağı yararsız hala düşüb. Ümumilikdə yol təsərrüfatına 637047,16 manat məbləğində maddi ziyan dəyib. Bundan 431538,99 manatı (67,74 faizi) ödənilib.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər